Narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin zəhərli və güclü təsirə malik maddələrin saxlanması üzrə tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin zəhərli və güclü təsirə malik maddələrin saxlanması üzrə tələblər aşağıdakılardır:
– giriş qapısının qalınlığı ən azı 40 mm olmaqla dəmirdən olmalı və ya hər iki tərəfdən dəmirlə üzlənməlidir, dəmir təbəqəsi qapının tirinə və ya daxili səthinə vurulmalıdır;
– qapının çərçivəsi polad hissədən hazırlanmalıdır;
– daxildə barmaqlıqlı metal qapı, pəncərələrdə daxili barmaqlıqlar diametri ən azı 16 mm olan polad çubuqdan hazırlanmalıdır. Çubuqlar hər bir kəsişmə nöqtəsində qaynaq olunmalı və ölçməsü 150×150 mm-dən çox olmayaraq özəklər yaradılmalıdır;
– müdafiənin ikinci sərhəddinə, daxili qapılara, divarlara, tavana qoşulmuş qorunma siqnalizasiyasının olması vacibdir;
– narkotik vasitələr, psixotrop maddələr, zəhərli və güclü təsirə malik maddələr bağlanan seyflərdə və qorunan yerlərdə saxlanılır;
– narkotik vasitələrin, psixotrop maddələrin, zəhərli və güclü təsirə malik maddələrin saxlandığı yerlərə yalnız Aptek rəhbərinin əmri ilə təyin olunmuş maddi-məsul şəxslərin girişinə icazə verilir.