Növbəti yoxlamalar zamanı əvvəlki yoxlamalardakı tapşırıqların yerinə yetirilməsi və effektivliyi nəzarətdə saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Dərman vasitələrinin topdansatış müəssisəsinin hər bir mütəxəssisi dərman vasitələrinin topdansatışına olan tələblərlə və müəssisənin fəaliyyətinə aid normativ-hüquqi aktlar və standartlarla tanış olmalıdır. Dərman vasitələrinin topdansatış müəssisəsinin rəhbəri rəhbər işçilərdən dərman vasitələrinin keyfiyyətinin təmin edilməsinə nəzarət edən məsul şəxs təyin etməlidir.