Onikibarmaq bağırsağın fasiləsiz residivləşən (çapıqlaşmadan sonra 2 aya qədər müddət ərzində residivləşən xoralar) xora xəstəliyi və kötük və ya selektiv vaqotomiyanın, mədə rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının nəticələri “b” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Onikibarmaq bağırsaq soğanağının kobud deformasiyası evakuasiyanın ləngiməsi (kontrast maddənin mədədə 2 saatdan artıq ləngiməsi) ilə müşayiət olunan, süni hiptoniya şəraitində dürüst yerinə yetirilmiş duodenoqrafiyada aydın seçilən deformasiya hesab edilir.