ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı son bəyanatları Almaniyanın avropalı tərəfdaşlarında çaşqınlıq yaradıb.
Heftelik.az-ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolz jurnalistlərə açıqlamasında deyib.
Olaf Şolts deyib ki, cari hadisələrlə əlaqədar mən nahar vaxtı bir sıra Avropa dövlət və hökumət başçıları və Avropa Şurasının prezidenti ilə fikir mübadiləsi aparıb: “Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn təməl prinsiplərindən biridir”.
Almaniya hökumətinin başçısı Danimarkanın Baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Kansler Trampın bəyanatlarını Fransa prezidenti Emmanuel Makronla SMS vasitəsilə müzakirə edib.
Çərşənbə günü səhər Şolts bildirib ki, Avropa ölkələrinin liderləri Trampın son bəyanatlarına anlaşılmazlıqla reaksiya veriblər. Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi bütün ölkələrə şamil edilir.
“Mar-a-Laqoda”kı malikanəsində jurnalistlərə danışan Tramp, Panama kanalı və Qrenlandiya problemlərini həll etmək üçün gücə və ya iqtisadi məcburiyyətə əl atmayacağına zəmanət verməkdən imtina edib.
Qeyd edək ki, Donald Tramp ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu bəyan edib, həmçinin Danimarkanın tərkibində muxtariyyət statusundakı Qrenlandiyanın ABŞ-a birləşdirilməsini vacib sayıb.