Atmosfer havasının mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasının mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır:
– yerli ekoloji proqramları hazırlamaq və həyata keçirmək;
– ərazi hüdudlarında və səlahiyyətləri daxilində sahə ilə bağlı nəzarət və monitorinq təşkil etmək və həyata keçirmək;
– atmosfer havasının çirklənməsi nəticəsində insanların həyat və sağlamlığına təhlükə doğuran fövqəladə şəraitdə əhalinin müdafiəsi üçün tədbirlər həyata keçirmək;
– öz səlahiyyətləri daxilində hüquqi və fiziki şəxslərin atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətini əlaqələndirmək;
– atmosfer havasının vəziyyəti, onun çirklənməsi və atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması proqramlarının yerinə yetirilməsi barədə əhalini məlumatlandırmaq;
– qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.