Atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsi mümkün olmadığı halda müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmasını müəyyən edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir.