Türkiyənin “Anadolu” agentliyinin ştatdankənar 25 yaşlı operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
Heftelik.az-ın məlumatına görə, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil yerə yıxıldığı görünür.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Daha sonra İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
Əbu Nabhanın qəsdən vurulduğu güman edilir.
Fələstinin “WAFA” xəbər agentliyi də jurnalistin ölüm xəbərinə dair məlumat yayıb.