Aptekin öz funksiyalarını yerinə yetirmək üçün nələri etməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Aptek öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakıları etməlidir:
– dərman vasitələrinin aptek daxilində hazırlanması üzrə mövcud normativ sənədlərə və ölçmə vasitələrinin dövri yoxlanmasına riayət etmək;
– saxlanma qruplarına uyğun malların çeşidini müəyyənləşdirmək və bu çeşidin azalmayan istiqamətdə sabitliyini təmin etmək;
– əczaçılıq bazarında nomenklatura və qiymətlər üzrə dərman və tibb vasitələrinə olan tələbatı öyrənmək və fəaliyyətini bu tələbata uyğunlaşdırmaq; [22]
– dərman vasitələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində istifadə təlimatının olmasına, keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etmək.