“Xəstəliklər cədvəli”nin III qrafası ilə həzm funksiyasının pozulması olmayan, onikibarmaq bağırsaq soğanağının cüzi deformasiyası və nadir (ildə 1 dəfə) kəskinləşmələrlə onikibarmaq bağırsağın və ya mədənin xora xəstəliyi ilə hərbi qulluqçuların şəhadətləndirilməsi “c” bəndi üzrə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Birinci dəfə təyin olunmuş mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi diaqnozu ilə “Xəstəliklər cədvəli”nin I qrafası üzrə 6 ay müddətinə müvəqqəti yararsız hesab edilir.