Xəstəyə təyin olunmuş dərman vasitələri barədə məlumat xəstəlik tarixinə və təyinat vərəqəsinə qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Dərman vasitələrinin ödənişsiz alınması üçün nəzərdə tutulan reseptlər yalnız dövlət müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıya uyğun yazılır. Dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Ödənişsiz dərman vasitələrinin buraxılışı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarından həyata keçirilir.