Aptekdə dərman vasitələri və tibb vasitələri dolablarda, siyirmələrdə və altlıqların üzərində yerləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Dərman vasitələrinin altlıqsız döşəmədə yerləşdirilməsinə yol verilməməlidir.  Aptekdə dərman vasitələrinin şüşə ayırıcılara yığılmamalıdır. Xüsusi saxlama rejimi tələb edən dərman preparatlarının ancaq ikinci qablaşdırması rəflərdə yerləşdirilir. Satış şöbəsində (satış zalı) və dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır. Bundan başqa aptek müəssisəsində olan əczaçılıq soyuducularının da temperatur göstəricilərinin xəritəsi aparılır.