Cərrahi əməliyyatdan sonra hərbi qulluqçulara bu maddənin “d” bəndi üzrə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır, əgər cərrahi əməliyyatdan sonra 6 aydan az vaxt keçmişdirsə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Hərbi xidmətə yararlılıq kateqoriyası müalicənin nəticələrindən asılı olaraq təyin edilir. Xəstəliyin residivləşməsi və ya müalicədən imtina edilməsi hallarında qərar bu maddənin “a”, “b” və ya “c” bəndi üzrə çıxarılır.