Müəssisədə işçi heyətdən düzgün istifadə olunmalı, şəxsi gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə onların hazırlığı və yenidən hazırlığı, eləcə də işə daxil olarkən dövri tibbi müayinələrin keçirilməsi təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.

Dərman vasitələri saxlanılan sahələrdə çalışanlar yerinə yetirdikləri işə uyğun olaraq xüsusi qoruyucu və ya iş geyimləri ilə təmin edilməlidirlər.