Kəskin pnevmoniyaların gedişinin fəsadlaşma halları (infeksion-toksiki şok, irinləmə, parapnevmonik və metapnevmonik ekssudativ plevritlər, atelektazlar, geniş plevral şvartlar, viruslu pnevmoniyalardan sonra mühüm dərəcədə ifadə olunmuş astenizasiya və s.) olduqda, hərbi qulluqçulara “Xəstəliklər cədvəli”nin 47-ci maddəsinin “ç” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən isə, vətəndaşlara onların hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.