Bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.
Məişət tullantılarının uçotunun aparılması il ərzində əmələ gələcək tullantıların həcminin əvvəlcədən proqnozlaşdırılmasına imkan verir. Bu proqnozlar əsasında tullantıların yığışdırılması ilə məşğul olan avtonəqliyyat müəssisəsinin gücünün, tutumların sayının və həcminin, tullantıların zərərsizləşdirilməsi üçün ayrılan vəsaitin miqdarının, poliqonların gücünün və s. hesablanmasına şərait yaradır. Məişət tullantılarının uçotunun aparılması üçün aşağıda göstərilən uçot cədvəlindən ibarət “Məişət tullantılarının uçotu kitabı” hazırlanmalıdır.
Sıra №-si | Tullantının tərkibi* | Tullantının həcmi, m3 | Müvəqqəti yerləşdirilmə vəziyyəti** | Tullantı yığılan ərazi | Əhalinin sayı | Təhvil verildi, m3 | Kimə təhvil verildi və müqavilənin tarixi, №-si | Məsul şəxsin imzası | Qeyd |
* – tullantılardan yığılarkən çeşidlənmiş (yeyinti tullantıları, şüşə, metal, taxta və s.) tullantılar qeyd olunur;
** – tullantıların yığıldığı tutumlar haqqında məlumat qeyd olunur;
*** – tullantılar yığışdırılan ərazidə yaşayan əhalinin sayı, müəssisə və təşkilatdırsa-işçilərin sayı qeyd olunur.