Nadir kəskinləşmələrlə sekretor funksiyanın cüzi dərəcədə pozulması olan xroniki qastritlər, qastroduodenitlər, ödçıxarıcı yolların diskineziyası, fermentopatik (xoşxassəli) hiperbilirubinemiyalar, nadir kəskinləşmələrlə təzahür edən və müalicəsi yaxşı nəticələnən xroniki xolesistitlər, pankreatitlər “c” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Qaraciyərin funksiyasının pozulması olmadan və (və ya) minimal aktivlikdə xroniki hepatiti olan vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, çağırış üzrə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular “b” bəndi, zabitlər və gizirlər (miçmanlar) isə “c” bəndi üzrə şəhadətləndirilirlər.