Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Pakistanın “The News International” nəşri məlumat yayıb.
Səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində yönəlmiş bir neçə sazişin imzalanması planlaşdırılır.
Azərbaycandan sonra Pakistanın Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək. Bu səfər zamanı o, tranzit ticarət üçün Kəraçi limanından istifadəni təklif edəcək, həmçinin əsas ticarət sazişlərini imzalayacaq.