“Qarabağ”ın futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna mümkün keçidi ilə bağlı bütün məsələlərə bu həftənin sonuna kimi aydınlıq gələcək.
Heftelik.az-ın xəbətinə görə, bu barədə Report-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, hazırda danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, Braziliya mətbuatı “Qarabağ”ın 28 yaşlı hücumçu üçün “Flamenqo”nun 4 milyon avroluq təklifini rədd etdiyini yazıb. Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.