İşıqdan qorunmalı olan dərman vasitələri qaranlıq otaqda və ya içərisi qara rəngə boyanmış kip qapıları olan şkafda və ya kip vurulmuş yeşiklərdə saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Sudan qorunmalı olan dərman vasitələrinin saxlanması üzrə tələblər:

– rütubətdən qorunmanı tələb edən dərman vasitələri sərin yerdə, rütubəti keçirməyən materiallardan (şüşə, metal, alüminium zərvərəqi, plastmas) hazırlanmış hermetik bağlanan tarada saxlanılmalıdır;

– gips yaxşı bağlanmış tarada, kip vurulmuş taxta yeşiklərdə, içərisindən polietilen pərdə ilə örtülmüş çəlləklərdə saxlanılmalıdır;

–  toz şəklində olan xardal içərisindən rənglənmiş hermetik qapalı tənəkə bankalarda saxlanılmalıdır;

– xardal yaxması kip sıxılmış tarada perqament kağıza və ya polietilen pərdəyə yerləşdirilmiş dəstlərdə saxlanılmalıdır.