Topdansatış müəssisəsi dərman və tibb vasitələri sınmadan, saxtalaşdırmadan və oğurlanmadan qorumalı və daşınma zamanı istehsalçının dərman və tibb vasitələrin xarici qablaşmasında qeyd etdiyi saxlanma şəraitinə riayət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Əgər daşınma zamanı temperaturun dəyişməsi və ya məhsulun zədələnməsi baş vermişsə, bu haqda topdansatış müəssisəsi və istehlakçı xəbərdar olmalıdır.