Topdansatış müəssisəsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq sənədləşmələri aparmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Topdansatış müəssisəsində malların geri çağırılması halları üçün tədbirlər planı işlənməli və topdansatış müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunmalıdır. Malların geri çağırılması proseduru standart əməliyyat prosedurlarında (SƏP) təsvir olunmalıdır.