Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Heftelik.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.