ABŞ-ın Kaloforniya ştatında meşə yanğınları davam edir.

Heftelik.az-ın məlumatına görə, Los Ancelesdə tüğyan edən yanğın şəhərdə ABŞ-ın vitse-prezidenti  Kamala Harrisin malikanəsinə yaxınlaşmaqdadır.

Hazırda yanğın yaxınlıqdakı yüksəkliyin əks tərəfini bürüyüb. Əgər yanğın həmin təpəni aşarsa,  küləkdə güclənərək bu istiqamətdə əsərsə, Kamala Harrisin mülkü də daxil olmaqla, dəyəri milyonlarla dollarla ölçülən mülklərin olduğu məhəllə də külə çevrilə bilər.

Qeyd edək ki, indiyə qədər yanğınlar 35 min hektar meşəni, 10 mindən çox ev, bina və obyekti külə çevirib, dəyən zərərin həcmi 150 milyard dollara çatıb. 11 nəfər ölüb, 13 itkin var. 57 min tikili isə hələ də təhlükə altındadır, 166 min nəfərə təxliyəyə dair xəbərdarlıq göndərilib.