Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Belə ki 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.
A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.