İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin.

Heftelik.az-ın məlumatına görə, bunu “Qarabağ” və “Zirə” arasında keçirilən yoxlama görüşündən (4:2) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

“Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. “Flamenqo”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar. Burada söhbət tam finansdan getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması, “Flamenqo”ya gedişinə təsir edib”, – deyə  Qurban Qurbanov  qeyd edib.