Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi  məlumata görə, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində “Kia” markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***

saat 10.14

Sumqayıt şəhərində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a  verilən məlumata  görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.