ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün hazırlıqlar aparılır.

Heftelik.az-ın ABC-yə istinadən verdiyi məlumata görə, bunu Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals bildirib.

Mayk Vals deyib ki, görüşə hazırlıq işləri gedir.

Yanvarın 10-da Donald Tramp Vladimir Putinlə görüşə hazırlıq barədə məlumat verib. Tramp hesab edir ki, Ukrayna münaqişəsinə son qoymaq lazımdır. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin heç bir ilkin şərt olmadan Trampla görüşə hazırdır.