Gəncədə intihar hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binasının birinin qarşısında qeydə alınıb.
2003-cü il təvəllüdlü Ü.Əlizadə yaşadığı mənzildə özünü mələfə ilə asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.