Aptek təşkilatlarına dair əsas tələblər müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Əsas tələblər aşağıdakılardır:

– hər bir şəxsə uyğun olaraq fərdi əczaçılıq xidmətinin göstərilməsi;

– orta və ali təhsilli əczaçıların olması;

– etik davranış qaydalarına riayət olunması;

– şəxsi heyətin bilik səviyyəsinin yüksəldilməsi üçün dövrü tədris proqramlarının hazırlanması;

– müvafiq sənədləşmənin aparılması.

Xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədi ilə aptek müəssisəsi diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi) istifadə edə bilər.