Aptekin yerləşdirilmə normativləri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Aptekin yerləşdirilmə normativləri:

– aptek ayrıca binada və yaxud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır.

Aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır:

– inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.);

– material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman maddələrinin saxlanılması üçün otaqlar);

– satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı):

– reseptura şöbəsi (resept əsasında buraxılan dərman vasitələrinin satışı);

–  əl-satışı şöbəsi (reseptsiz buraxılan dərman vasitələrinin və tibb vasitələrinin və s. satışı).

–   assistent otağı (dərmanların hazırlanması üçün);

–   distillə otağı (distillə suyunun və/və ya apirogen suyun alınması üçün);

–   yuma otağı (aptek qablarının yuyulması üçün);

–   qablaşdırma və köməkçi otağı;

–   sterilizasiya (avtoklav) otağı;

–   aseptik blok