Bakı-Ağstafa-Bakı istiqamətində gedən sərnişinlərin işi daha da asanlaşdırılır.
Heftelik.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) QSC yanvar ayının 18 və 19-u tarixlərində tələbatın artacağına görə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək olar.
Sərnişinlər daha ətraflı məlumatı www.ady.az saytından, “ADY Mobile” mobil tətbiqindən, həmçinin 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilər.
Müəllif: Türkan_zadə