Savadlı və istedadlı şagirdlərin təhsilini daha da yaxşılaşdırmaq üçün bölgələrdə lisey və gimnaziyaların sayı artırılır.

Heftelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi” qəzetinə deyib.

Onun sözlərinə görə, bölgələrdə təhsilin daha yaxşı inkişaf etməsi üçün ciddi addımlar atılır.

K. Kərimzadə qeyd edib ki, son 2 il ərzində müxtəlif rayon və şəhərlərdə 5 liseyin fəaliyyətə başlaması ilə 100-lərlə istedadlı şagirdlər ortaya çıxıb:

“Buna görə də yaxın zamanda Oğuz, Mingəçevir Qobustan, Sumqayıt, Lənkəran kimi bölgələrimizdə də yeni liseylərin yaradılması gözlənilir”.

 

Müəllif: Türkan_zadə