“a” bəndinə parodontal cibin dərinliyinin 5 mm və artıq olması, diş yuvasının sümük toxumasının diş kökü uzunluğunun 2/3-nə qədər rezorbsiyası, dişin II–III dərəcəli laxlaması ilə müşayiət olunan parodontit aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

“b” bəndinə ağız boşluğunun selikli qişasının müalicə olunmayan xəstəlikləri aiddir. Stomatitlər, xeylitlər, gingivitlər, leykoplakiyalar, prekanserozlar və digər xəstəliklər aşkar edildikdə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən müalicəyə göndərilirlər.