Dərman vasitələrinin qəbulu anbarın qəbul şöbəsi tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “ Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Boşaltma-doldurma işlərinin aparılması zamanı malların atmosfer yağıntılarından, aşağı və yüksək hərarətin təsirindən qorunması təmin olunmalıdır. Qəbul etmə funksiyasının məqsədi gələn yükün düzgünlüyünü, dərman və tibb vasitələrin təsdiq olunmuş təchizatçıdan daxil olmasını və daşınma zamanı gözlə görünən zədələnmələrin olmamasını müəyyən etməkdən ibarətdir.