Aptekdən həkim resepti ilə buraxılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Əhaliyə dərman buraxılışını həyata keçirən mütəxəssislər üzərlərində vəzifələri, adı, atasının adı, soyadı və fotoşəkili olan vəsiqələrə (bec) malik olmalıdırlar.