İsrail Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.
Heftelik.az-ın məlumatına görə, İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, İsrailin ölkəmizdəki hazırki səfiri Corc Dikdir.