ABŞ-ın Kaliforniya ştatında 5 gündür davam edən meşə yanğınları Los-Anceles şəhərində yenidən yaşayış məskənlərini təhdid etməyə başlayıb.

Heftelik.az-ın məlumatına görə, indiyə qədər 16 nəfərin ölümünə, 10 milyardlarla dollar ziyana, minlərlə evin,  o cümlədən Hollivud ulduzlarının mülklərinin yanmasına yol açan yanğını tam nəzarət altına almaq mümkün olmur.

Türkiyənin məşhur müğənnisi Kenan Doğulu və Beren Saat cütlüyünün Los Ancelesdəki evi də yanıb. Kenan Doğulu “Posta”-ya açıqlamasında bildirib ki, studiyası, fotoşəkilləri, videoları, tabloları və kolleksiyası – hər şey gedib: “Bütün məhəllə yerlə bir oldu”.

Qeyd edək ki, məşhur cütlük Los Ancelesdəki villanı illər öncə 1 milyon 200 min dollara satın alıb.