Topdansatış müəssisəsinin rəhbəri tərəfindən malların geri çağırılması üzrə tədbirlərin həyata keçirilməsi və koordinasiyasına məsul şəxs təyin edilməli və lazimi prosedurların həyata keçirilməsi üçün şərait yaradılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Malların geri çağırılması zamanı tədbirlər planı”nda əksini tapıb.
Məsul şəxs satış şöbəsindən və marketinq şöbəsindən asılı olmamalıdır. Heyət məhsulun geri çağırılmaya aid informasiyanın bütün aspektlərini tədqiq etmək üçün lazimi sayda komplektləşdirilməlidir.