Topdansatış müəssisəsi dərman və tibb vasitələrin qəbulu, saxlanılması, buraxılması və paylanılması zamanı məhsulun keyfiyyətinə və qablaşmasının tamlığına təsir edəcək şəraitə nəzarəti təmin etmək üçün məsuliyyət daşıyır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Narkotik və psixotrop maddələr kimi xüsusi şərtlər tələb edən dərman vasitələrin paylanması ilə bağlı topdansatış Distribüteri müvafiq tələblərə uyğun olaraq bu məhsulların təhlükəsiz və zəmanətli təchizat zəncirini təmin etməlidir. Belə məhsulların paylanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası” ilə tənzimlənir. Hər hansı oğurluq halının araşdırılması üçün protokol tərtib edilməlidir.