Qarabağa növbəti köç

13 Yanvar 2025, 16:33

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ölkənin müxtəlif ərazilərindən köç karvanları həyata keçirilib.

Heftelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Cəbrayıl şəhərinə 39 ailə – 165 nəfər köçürülüb.

Qeyd edək ki, hal hazırda Qarabağ və Şərqi Zəngəzurda səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Öz doğma yurdlarına qovuşan Cəbrayıllılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Cəbrayıla çatan ailələrə mənzillərinin açarları təqdim olunub. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Beləliklə:
– Biləsuvar rayonundan – 20 ailə (91 nəfər);
– Bakı şəhərindən – 11 ailə (40 nəfər);
– Şirvan şəhərindən – 2 ailə (5 nəfər);
– Zaqatala rayonundan – 1 ailə (8 nəfər);
– Cəlilabad rayonundan – 1 ailə (6 nəfər);
– Şabran rayonundan – 1 ailə (5 nəfər);
– Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər) olmaqla ümumilikdə bu köç zamanı Cəbrayıl şəhərində 39 ailə – 165 nəfər yerləşdirilib.

Müəllif: Türkan_zadə