Saxlanma əczaçılıq məhsulları və materialların istifadə ediləcəyi tarixə qədər lazımi şəraitdə saxlanmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.
Ttəchizatçı sorğu əsasında əczaçılıq məhsulları və materiallarının təchizatı ilə məşğul olan şəxsdir. Agentlər, brokerlər, distribütorlar, istehsalçılar və ya ticarətçilər təchizatçı ola bilərlər. Təchizatçılara səlahiyyətli orqan tərəfindən fəaliyyətləri üçün razılıq verilməlidir.