“d” bəndinə görə çənənin, əngin və üzün yumşaq toxumalarının travmalarının nəticələri ilə xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarmaq üçün əsas sınıqların ləng bitişməsi, qalın çapıqların, yaxud cərrahi və ya ortopedik müalicənin mürəkkəb metodlarının tətbiq edilməsini tələb edən sınıqların, habelə travmatik osteomielitlə müşayiət olunan sınıqların olmasıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.