İş təlimatları, standart əməliyyat prosedurları aptek müəssisəsinin rəhbəri tərəfindən təhkim olunmuş əczaçılıq fəaliyyətinə məsul şəxs tərəfindən hazırlanmalı və aptek müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
İT və SƏP sənədlərində görülən işlərin və xidmətlərin, dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi üçün işlərin qeydiyyatının hansı jurnallarda, protokollarda və s. sənədlərdə aparılması barədə məlumatlar olmalıdır. İT və SƏP anlaşılan şəkildə, səhvsiz tərtib olunmalıdır. Aptek müəssisələrində əczaçılıq fəaliyyətini əhatə edən aşağıdakı işlər və xidmətlər üçün İT hazırlanmalıdır:
Aptek müəssisəsində hazırlanan və hazır dərman vasitələrinin keyfiyyətinin təmin edilməsinə nəzarət üçün;
– dərman vasitələrinin aptek müəssisəsindən buraxılması zamanı keyfiyyətinin təmin edilməsinə nəzarət üçün;
– aptekdə hazırlanan dərman formalarının texnoloji əməliyyatları barədə;
– aseptik şəraitdə hazırlanan steril dərman vasitələrinin texnoloji əməliyyatları barədə;
– aptek şəraitində hazırlanan və hazır dərman vasitələrinin müvafiq qaydalara uyğun şəkildə saxlanmasının təmin edilməsinə nəzarət üçün;
– dərman vasitələrini göndərənə istifadəyə yararsız preparatların və digər malların qaytarılmasına nəzarət üçün.