Dərman vasitələrinin buraxılması zamanı alıcının iştirakı ilə preparatın qablaşdırılmasının tamlığı, istifadə müddəti və markalanması yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 (doxsan) gün, ödənişsiz dərman vasitələrinə isə 30 (otuz) gündür. Apteklərdə inzibati-məişət sahələrindən dərman vasitələrinin buraxılışının həyata keçirilməməlidir. Aptek müəssisəsinə aid olmayan dərman vasitələri aptekdə saxlanılmamalıdır. Həkim tərəfindən yazılan reseptdə göstərilmiş dərman vasitələrinin farmakoloji təsirinə görə yaxın olan digər dərman vasitələri ilə əvəz olunmamalıdır (generik dərman vasitələri istisna olmaqla).