Etibarlı Aptek Təcrübəsi (EAT) “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununu, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq standartlarını və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyələrini rəhbər tutaraq hazırlanmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yaradılan Apteklərin və dövlət mülkiyyətində olan Apteklərin yaradılması və fəaliyyəti üzrə tələbləri müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Aptek sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən yaradılır. Apteklərə dair ümumi tələblər aşağıdakılardır:

– aptek Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi ilə təmin olunmalıdır;

–  aptekdə çalışan mütəxəssislər əczaçılıq fəaliyyəti üzrə mövcud tələbləri bilməli, eyni zamanda fəaliyyətlərini əhaliyə xidmətin göstərilməsi keyfiyyətinin yüksəldilməsinə və bununla da əhali arasında əczaçılıq peşəsinin nüfuzunun daim yüksəldilməsinə yönəltməlidirlər.