Aptekin otaqlarının divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Avadanlıqla təchizat:

–  aptek həyata keçirdiyi funksiyalara uyğun olaraq aşağıdakılar da daxil olmaqla xüsusi avadanlıqlar və ölçmə vasitələri ilə təmin edilməlidir:

–  dərman vasitələrinin və tibb vasitələrin saxlanması üçün siyirmələri olan qapalı dolablara malik aptek mebeli ilə; [26]

–   termolabil malların saxlanması üçün lazım olan temperatur rejimini təmin etmək üçün saxlanılan malların həcminə uyğun əczaçılıq soyuducu ilə;

–   aptekin sahəsinə müvafiq olan kondisionerlə (və ya kondisionerlərlə);

–   xüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saxlanması üçün şkaflarla;

–    ventilyasiya sistemi ilə təchiz edilmiş anbar otağı ilə;

–   temperaturu və nisbi rütubəti təyin edən cihazlarla (termometr, termohiqrometr, psixrometrik hiqrometr);

–  psixotrop maddələrin saxlandığı material otağında qapıları kilidlənən xüsusi dəmir seyf, taxta şkaflar və siqnalizasiya xəbərdarlıq sistemi ilə;

–  dərman vasitələrinin hazırlanması üçün texnoloji avadanlıqla və ölçmə vasitələri ilə;

–     hazırlanmış dərman vasitələrinin keyfiyyətini yoxlamaq üçün avadanlıq (analitik masa və s.), ölçmə vasitəsi və reaktivlərlə;

– dərman vasitələrinin kütləsini (müxtəlif tərəzilər və çəki daşları) və həcmini (müxtəlif ölçmə qabları) təyin etmək üçün ölçmə vasitələri ilə.