Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar.

Heftelik.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, mərasim Vaşinqtonda baş tutub.

Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken imzalayıb.

Antoni Blinken deyib ki, gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu da göndəriləcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.