Geri çağırılma üzrə əməliyyatlar dərhal və istənilən vaxt başlana bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Malların geri çağırılması zamanı tədbirlər planı”nda əksini tapıb.

Geri çağırılma üzrə bütün əməliyyatlar onların yerinə yetirilməsi zamanı sənədləşməli, alınmış və qaytarılmış məhsul arasındakı nisbəti (balans) əks etdirən son hesabat tərtib edilməlidir. Geri çağırılma üzrə standart əməliyyat prosedurları (SƏP) vaxtaşırı yoxlanılmalı və lazım olduqda yenilənməlidir.