Hüquqi və fiziki şəxslər atmosfer havasına stasionar mənbələrdən zərərli maddələrin atılması və zərərli fiziki təsirlər üçün xüsusi icazəni atılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəyirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Atmosfer havasının çirkləndirilməsi nəticəsində insanların sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərər qanunvericiliklə müəyyən edilmiş qaydada atmosfer havasının çirklənməsində təqsirkar hesab edilən fiziki və hüquqi şəxslərin hesabına qanunvericiliyə uyğun olaraq ödənilir.