Malların qəbul sahəsi onun buraxılış sahəsindən ayrılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “ Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Zədələnmiş qablamada olan, sertifikatı olmayan, lazımi sənədləri olmayan dərman vasitələri onların identifikasiyasına və ya müvafiq surətdə ləğvinə qədər digər dərman vasitələrindən ayrı xüsusi ayrılmış (karantin) zonaya yerləşdirilməlidir. Xüsusi saxlanma şəraiti tələb olunan dərman vasitələri (məsələn, zəhərli və güclü təsirə malik maddələr, narkotik vasitələr, psixotrop maddələr, xüsusi temperatur şəraiti tələb edən dərman vasitələri) dərhal identifikasiya edilib, müəyyən olunmuş qaydada saxlanılmalıdır.